Bakıda fəaliyyət göstərən “Nə alsan 1 manat” mağazalar şəbəkələrindən birində gərgin anlar yaşanıb.

Minval.info xəbər verir ki, mağazaya gələn ana qızları ilə birgə oradan oğurluq etməyə çalışıblar. Lakin “müştərilər” satıcıların və işçilərin gözündən yayınsa da, müşahidə kameralarını nəzərlərindən qaçırıblar.

Onlar mağazadan çıxmağa macal tapmamış yaxalanıblar. Həmin şəxslərlə mağaza işçiləri arasında gərginlik yaşanıb.

Hadisəni törədənlər barədə tədbir görülüb.

Qeyd edək ki, onların oğurladıqları xeyli əşyalar arasında alt paltarları da olub.

Sani / Minval.info