Aeroport yolu, Sabunçu keçidinin yanında yol-nəqliyyat hadisəsi baş verib. 

Səhiyyə Nazirliyindən Minval.infoya daxil olan məlumata görə, qəza nəticəsində 30 yaşlı qadın alın nahiyəsinin kəsilmiş yarası və 6 aylıq qızı qapalı kəllə-beyin travması və təpə sümüyünün zədələnməsi xəsarətləri ilə hadisə şahidlərinin köməkliyi ilə xəstəxanaya gətiriliblər.

Təcili Yardıma çağırış Pedriatriya institutuna olub. Yaralılar Kliniki Tibbi Mərkəzə çatdırılıblar. Hazırda müalicələri davam edir