“Həryerədəbiyyat” həştəqi altında kampaniya aparan yazarlar kitab paylama aksiyası başladıblar.

Aksiyaçılar küçədə, mağazada, parkda yoldan keçənləri kampaniya ilə tanış edib, onlara kitab bağışlayıblar. Yazarlar ədəbiyyatın daha geniş kütləyə yayılması üçün hər kəsi kitab bağışlama aksiyasına dəvət ediblər.

Xatırladaq ki, bir müddət əvvəl yazıçı-şair, jurnalist və s. tanınmışlar sosial şəbəkələrdə yeni trend başlatmışdılar. “#Heryeredebiyyat” həştəqi ilə paylaşılan status və videolarda müəlliflər insanları çağdaş ədəbiyyatı oxumağa çağırırlar.