Bakının Nəsimi rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın məlumatına görə, hadisə Füzuli küçəsində, Qış Parkının yaxınlığında qeydə alınıb.

Qəza zamanı minik avtomobili eyni istiqamətdə hərəkətdə olan yük maşınına çırpılıb.

Hadisə zamanı minik avtomobilinə ciddi ziyan dəyib. Qəza nəticəsində minik maşınında olan iki xanım sərnişin xəsarət alıb. Onlar ətrafdakıların köməyilə avtomobildən çıxarılıb.

Qəza yerinə təcili tibbi yardım əməkdaşları çağırılıb.

Minval.info