Bu gün axşam saatlarında Sabunçu rayonu, Şuşa şəhərciyinə gedən yolda ağır yol-nəqliyyat hadisəsi olub.

Minval.İnfo “Ölkə.Az”-a istinadən xəbər verir ki, “KamAz” markalı yük maşını sürət həddini aşaraq yol kənarındakı daş hasara çırpılıb. Nəticədə daş hasar tamamilə uçub. Hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb.

Qəza yerinə təcili tibbi yardımın bir neçə briqadasl cəlb olunub. Yaralılar 3 saylı Şəhər Xəstəxanasına çatdırılıb.
Faktla bağlı Sabunçu RPİ-də araşdırma başlayıb.