Bakıda ağır qəza böyük tıxac yaratdıBu gün axşam saatlarında Bakıda Ziya Bünyadov prospektində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Minval.info Oxu.Az-a istinad xəbər verir ki, “Toyota Land Cruiser” markalı avtomobil bir neçə işıq fənərini aşırdaraq, başqa avtomobillərlə toqquşub.

Qəzaya yüksək sürətin səbəb olduğu bildirilir.

Qəza nəticəsində Ziya Bünyadov prospektində Koroğlu metro stansiyası istiqamətində böyük tıxac yaranıb.