Bakı şəhəri Səbail rayonunda yerləşən 132-134 saylı təhsil kompleksinin şagirdləri intim əlaqədə olub.

Minval.İnfo xəbər verir ki, bununla bağlı primetime.az-ın redaksiyasına video daxil olub. Onların 7-ci sinifdə oxuduğu ehtimal edilir. Videoda şagirdlərin məktəbin geyinmə otağında cinsi əlaqədə olduqları açıq-aşkar qeydə alınıb.

Məsələ ilə bağlı 132-134 saylı təhsil kompleksilə əlaqə saxladıq. Məktəbin işçisi bu barədə məlumatsız olduqlarını bildirdi:

“Bu video barədə bizim məlumatımız yoxdur. Məsələ ilə bağlı rəhbərliyə məlumat veriləcək. Mənim açıqlama verməyə ixtiyarım yoxdur”.

Mövzu ilə bağlı Təhsil Nazirliyinə; Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciət etmişik. Hər iki qurumun açıqlamasını yayımlamağa hazırıq.

Qeyd edək ki, video etik qaydalara uyğun olmadığına görə sözügedən görüntüləri yayımlamırıq.