Azərbaycanda bahalı maşın nömrələri dəbdən düşmür. Avtomobil həvəskarları nömrələrə fantastik məbləğlər xərcləyirlər.

Axar.az avtomobil saytlarındakı elanlar əsasında ən bahalı maşın nömrələrinin siyahısını hazırlayıb. Hazırda 3-5 min manat dəyərində olan maşın nömrələri kifayət qədər çoxdur.

Məsələn, 10 OH 999 nömrəsinin qiyməti 50 min manatdır. Bu qiymətə Bakıda yaxşı bir avtomobil almaq olar.

10 FR 700 nömrəsini öz maşınına bağlamaq istəyənlər isə 10 min manatlarından keçməlidir. Bu məbləğə də ortabab “Mersedes”, “KİA” və s. model maşınlar almaq mümkündür.

Köhnə “Jiquli”sinə məxsus 02 BB 222 nömrə nişanını satışa qoyan sürücü buna görə 7 min manat istəyir.

10 KK 888 nömrəsinin qiyməti 12 min 500, 10 OV 500 nömrəsinin qiyməti isə 15 min manatdır.

90 AA 629 nömrəsinin sahibi nömrəyə 16 min 900 manat qiymət qoyub. 99 AA 666 nömrəsi isə 42 min manatadır.