Bakıda 4 nəfərin eyni anda intihara cəhd etdiyi an - VİDEO

Xəbər verdiyimiz kimi, ötən gün Bakının Səbail rayonunda 4 nəfər qazanxananın tüstü bacasına çıxaraq intihara cəhd ediblər.
Minval.İnfo xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.
Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Vətəndaşlarla aparılan psixoloji söhbətlər nəticəsində onlar özlərinə qəsd etmək fikrindən daşınıblar. Onların hansı səbəbdən intihara cəhd etdiyi bilinmir.
Əməliyyat başa çatıb. (Sfera.az)