Bakıda küçədə kişi meyiti tapılıb.

APA-nın məlumata görə, araşdırmalar zamanı paytaxtın Yasamal rayonunda küçədə meyiti tapılan şəxsin, 1981-ci il təvəllüdlü Xəlfəyev Emil Nağı oğlu olması müəyyən edilib. Meyitin ilkin müayinəsi zamanı onun yüksək dozada narkotikin təsirindən öldüyü məlum olub.

Faktla bağlı araşdırma aparılır.