Bakının Bayıl qəsəbəsində Kəmalə Mikayılovanın sevgilisi tərəfindən öldürülməsi xəbəri yalandır.

Bunu Milli.Az-la əlaqə saxlayan mərhumənin bacısı oğlu Emin Məmmədov bildirib. O, iddia edir ki, xalası ərinin ədavətdə olduğu şəxs tərəfindən öldürülüb. “Ərinin Rusiyada bir nəfərlə düşmənçiliyi olub. O da qisasını bu formada alıb. Xalam əri Rusiyadan gələn gün evdə hazırlıq görüb. Aşağıya düşüb ki, dükandan alış-veriş eləsin. Həyətdə həmin o adam tərəfindən təqib edilib və bıçaqlanıb. Qatil onu uzun müddət imiş ki, güdürmüş. Xalama 10 bıçaq zərbəsi vurub. Yəni sevgilisinin olması barədə deyilənlər absurddur”.


Oxu: Bakıda 3 uşaq anası sevgilisi tərəfindən öldürüldü

 


Qeyd edək ki, Kəmalə Mikayılovanı qətlə yetirən Fərhad Abuşovu media sevgilisi kimi təqdim edib və aralarında yaranmış mübahisə nəticəsində qətl hadisəsinin baş verdiyini iddia edib.

Minval.info