Bakıda gənc oğlanın meyiti tapılıb.

Binəqədi rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, hadisə rayonun Binəqədi qəsəbəsində baş verib.

Fevralın 2-də Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülüstan küçəsi, döngə 12-də fərdi evdə yaşayan 1992-ci il təvəllüdlü, Nuriyev Seyran Tofiq oğlunun yaşadığı evdə ölməsi ilə bağlı daxil olan məlumat əsasında dərhal hadisə yerinə baxış keçirilib, ölüm səbəbinin müəyyən edilməsi məqsədilə məhkəmə tibb ekspertizası təyin olunub.

Hadisə yerinə baxış zamanı yataq otağında çuqun materialdan hazırlanmış soba aşkar edilib.

İlkin araşdırma zamanı müəyyən olunub ki, S.Nuriyev yataq otağında huşsuz vəziyyətdə aşkar olunub.

Faktla bağlı Binəqəd rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2 -ci (Səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.