Bakıda 20 yaşlı oğlan ürəyindən bıçaqlanıb.

Səhiyyə Nazirliyindən APA-ya verilən məlumata görə, hadisə Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 93 ünvanında baş verib.

“Təcili yardım həkimləri ünvana gələn zaman yaralının vəziyyəti çox ağır olub. Yaralı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib”.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.