Картинки по запросу MəhkəməBakıda külli miqdarda dələduzluqda təqsirləndirilən “Safay” uşaq bağçasının müdiri Tərlan Bağırova, müdir müavini Aləmzar Əliyeva və Azər Əliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Oxu.Az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən iclasda A.Əliyevanın həbs müddətinin başa çatdığı bildirilib.

Məhkəmənin qərarı ilə onun barəsindən həbs-qətimkan tədbirinin müddəti uzadılıb.

Məhkəmədə məlum olub ki, iş üzrə təqsirləndirilən A.Əliyev polis əməkdaşı olub.

Məhkəmə iclası oktyabrın 30-dək təxirə salınıb.