Mayın 15-də müstəqil teatr olan ADO (Azərbaycan Dağınıq Oda teatrı) ölkənin ilk 18+ tamaşası – “MimOda”nı təkrar nümayiş etdirib.

Minval.info xəbər verir ki, “MimOda” tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Eyni zamanda, buna normal yanaşmayanlar da olub. Bəziləri tamaşanı və teatrı sərt tənqid ediblər. Bundan əlavə aktyorları təhqir edənlər də olub.

Tamaşadakı rolları Elmin Bədəlov, Elsa Furtado və Sabir Məmmədov canlandırıb.

İdeyası “ADO”ya məxsus olan “MimOda 18+” tamaşasının premyerası 2015-ci ildə olub. O zaman da  tamaşa teatr mühitində və insanlar tərəfindən birmənalı qarşılanmayıb. Bir müddət isə tamaşanın nümayişi müvəqqəti olaraq dayandırılmışdı.

Qeyd edək ki, ADO klassik teatr ənənələrindən uzaqdır.

Minval.info