Bakıda Məhəmməd Naxçıvani küçəsində güclü külək təxminən 10 metr hündürlüyündə ağacı aşırıb.

“Minval.info”nun Trend-ə istinadən verdiyi məlumata görə, hadisə Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin yaxınlığında baş verib. İrigövdəli ağac yaxınlıqdakı restoranın üzərinə aşıb.

Nəticədə restoranın dam örtüyü yararsız vəziyyətə düşüb.