“Azərsu” ASC Bakı şəhəri və ətraf ərazilərdə subasma hallarının qarşısının almaq üçün yağış-kanalizasiya xətlərinin çəkilməsi ilə bağlı layihə həyata keçirməyi planlaşdırır.

Bu barədə “Azərsu”nun mətbuat katibi Anar Cəbrayıllı İmişlidəki media-tur zamanı jurnalistlərə deyib.

O bildirib ki, Bakıətrafı qəsəbələrdə kanalizasiya sistemləri demək olar ki, yoxdur: “Mövcud olan kanalzasiya xətlərini ya vətəndaşlar, ya da bələdiyyələr çəkib. Bakıətrafı qəsəbələrə kanalizasiya xətlərinin çəkilməsilə bağlı layihələrimiz var. Bu istiqamətdə təkliflər hazırlanır. Yeni layihənin bu il reallaşdırılması nəzərdə tutulur”.