Sumqayıt şəhərinin girişində biri sərnişin avtobusu olmaqla 3 nəqliyyat vasitəsi toqquşub. Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

“Hyundai” markalı, 90 PD 038 dövlət qeydiyyatı nişanlı minik maşını 90 AM 802 dövlət qeydiyyatı nişanlı yük maşını ilə toqquşub. Daha sonra “Hyundai” Sumqayıt istiqamətində hərəkət edən 50 AE 730 dövlət qeydiyyatı nişanlı sərnişin avtobusuna dəyib.

Qəza nəticəsində avtobus sərnişinlərindən xəsarət alan olmayıb. “Hyundai”in sürücüsü və sərnişini isə yaralandıqları üçün xəstəxanaya aparılıblar.(oxu.az)