12 və 13 yanvar 2019-cu il tarixlərində Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkəti ləğv edilir.
Bu barədə Bizimyol.info-ya “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.

Məlumata görə, ləğv edilmə Sumqayıt sərnişin stansiyasının tək və cüt yollarında aparılan təmir-bərpa işləri ilə əlaqədardır.