İyulun 12-dən Bakı-Sumqayıt-Bakı və Bakı-Sabunçu-Bakı elektrik qatarlarının hərəkət cədvəllərində dəyişiklik ediləcək.

“Azərbaycan Dəmir Yolları” QSC-dən verilən məlumata görə, istehsalat zərurəti ilə əlaqədar olaraq, hərəkət qrafikini sərnişin sıxlığına uyğunlaşdırılması məqsədilə iyulun 12-dən etibarən Bakı-Sumqayıt-Bakı və Bakı-Sabunçu-Bakı elektrik qatarlarının hərəkət cədvəllərində dəyişiklik ediləcək.