Siyəzəndə sərnişin avtobusu mikroavtobusla toqquşdu: xəsarət alanlar var - FOTOLAR

Bakı-Quba yolunun Siyəzən rayonundan keçən hissəsində bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Minval.İnfo “Report”a istinadən xəbər verir ki, Xaçmazdan Bakı istiqamətində hərəkət edən iki sərnişin avtobusu mikroavtobusla toqquşub.

İlkin məlumata görə, qəza zamanı 4 nəfər – 1967-ci il təvəllüdlü Bakı şəhər sakini sakini Cavadova Yana Yuriyevna, 2007-ci il təvəllüdlü Bakı şəhər sakini Qurbanov Cəfər Üzeyir oğlu, 1955-ci ildə anadan olmuş Bakı şəhər sakini Səmədov Faiz Baba oğlu və 1960-cı il təvəllüdlü Bakı şəhər sakini Şayxatarov Renat Atadullayeviç xəsarət alıblar.

Hadisə yerinə təcili yardım maşınları cəlb edilib.