Fevralın 9-da Qusar rayonunda “Hyundai” markalı sərnişin avtobusu ilə “Mercedes” markalı avtomobil toqquşması nəticəsində iki nəfər xəsarət alıb.

Hadisə Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 191-ci kilometrliyində baş verib.

Qəza nəticəsində Qusar-Xudat marşrutu üzrə hərəkət edən mikroavtobusun qadın sərnişini Şükufə Abdullayeva və “Mercedes”in sürücüsü Fuad Fərzəliyev xəsarət alıb.

Yaralılar Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Bədəninin müxtəlif nahiyələrində sınıqlar olan Fuad Fərzəliyevə müvafiq tibbi yardım göstərilib. Avtobusun sərnişini Ş.Abdullayeva isə ilkin tibbi yardımdan sonra evə buraxılıb.

AzərTAc bildirir ki, faktla bağlı araşdırma aparılır.