Sosial şəbəkədə “arzu_akhmadova” adlı istifadəçinin paylaşdığı şəkil təəccübləndirib.

Milli.Az xəbər verir ki, gənc qız Bakının “Nəriman Nərimanov” metro stansiyasının qatar yoluna düşərək çəkdirdiyi fotosunu İnstagram hesabında paylaşıb. Sözügedən və metronun eyni adlı stansiyasında çəkilmiş digər fotoda nə metropoliten işçisi nəzərə çarpır, nə də bir polis əməkdaşı.

Nəzərə alsaq ki, bu şəkil yuxarıda da göründüyü kimi 04:01-də çəkilib, o zaman gənc qızın metroya necə daxil olduğu sual yaradır. Bununla yanaşın, onun kimin icazəsi ilə “Nərimanov”da şəkillər çəkdirdiyi də maraqlıdır. Eyni zamanda həmin qızın fotosunu başqasının çəkdiyini də nəzərə alsaq onun metroda tək olmadığı da məlum olur.

Həyatını riskə atan gənc qızın bu addımı sosial şəbəkədə də birmənalı qarşılanmayıb.

Minval.info

Bakı metrosunda qız qatar yoluna düşdü, heç kim

Bakı metrosunda qız qatar yoluna düşdü, heç kim

Bakı metrosunda qız qatar yoluna düşdü, heç kim

Bakı metrosunda qız qatar yoluna düşdü, heç kim