“Əhmədli” metrostansiyasında gənc oğlan özünü qatarın altına atıb.

Bu barədə Lent.az-a “Bakı Metropoliteni”nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, hadisə “Əhmədli” stansiyasının 1-ci yolunda baş verib: “Həmin şəxs saat 17.03-də özünü qatarın altına atıb. Qatarın hərəkəti dayandırılıb.

Metro polisinin iştirakı ilə həmin şəxs çıxarılıb və ona ilkin yardım göstərilərək təcili yardım tərəfindən aparılıb. Üstündə sənəd olmayıb. Özünün dediyinə görə, 1991-ci il təvəllüdlü Kürdəmir rayon sakini Kamil Daşqın oğlu Nuriyevdir”.