Bakı metrosunda Avropada görməyə öyrəşdiyimiz mənzərə - FOTOMilli Məclisinin deputatı Naqif Həmzəyev Bakıda metro vaqonunda fotokameralara tuş gəlib.

Minval.info xəbər verir ki, fotoda deputatın ayaqüstə dayanaraq telefonu ilə məşğul olduğu əks olunub.

Naqif Həmzəyev Modern.az-a açıqlamasında deyib ki, uzun illərdir ki, ictimai nəqliyyatdan istifadə edir.

“Qatarda şəklimin çəkilməsinə nə deyə bilərəm ki!.. Bu adi haldır. Foto “Elmlər Akademiyası” stansiyasında qatarda gedərkən çəkilib. Neçə ildir ki, ictimai nəqliyyatdan istifadə edirəm. Gəncədə də işə çox vaxt piyada gedirəm. Burada qeyir-adi heç nə yoxdur.”

Qaynarinfo xatırladır ki, Naqif Həmzəyev Gəncənin sabiq icra başçısı Elmar Vəliyevin keçmiş köməkçisidir. Onun sayəsində özünə karyera qurmuş və Milli Məclisə qədər irəliləmişdi. Deputat mandatı aldıqdan sonra başı necə gicəllənmişdisə, Azərbaycan Cumhuriyyətinin, milli istiqlal hərəkatının lideri Məhəmməd Əmin Rəsulzadəni təhqir etməyi, satqın, vətən xaini deməyə belə özündə cəsarət tapmışdı.

“İndi isə… Görünür Elmar Vəliyev işdən çıxarılandan sonra “yerin altına çəkilməyi” və bu formada gündəmə gəlməyi lazım bilib. Özünü xalqın adamı kimi göstərməyə çalışıb. Çox yaxşı fikirləşib, amma xalq öz sözünü sosial mediada deyir. Məsələn, cənab deputatın ayağındakı idman ayaqqabısı kimi. Hansı ki, Bakı mağazalarında 356 manata satılır…” – sayt yazır.

Bakı metrosunda Avropada görməyə öyrəşdiyimiz mənzərə - FOTO