5 İyun – Milli Qurtuluş Günü və Ramazan bayramı münasibətilə ölkədə elan edilmiş 5 qeyri-iş günü ərzində, “Bakı Metropoliteni” QSC gücləndirilmiş iş rejimində çalışacaq.

Minval.info quruma istinadən xəbər verir ki, bununla bağlı sədr Zaur Hüseynov əmr imzalayıb.

Əmrlə bütün struktur vahidlərinin rəhbərlərinin qarşısına konkret vəzifələr qoyulub, həmçinin bayram günlərində əlavə növbətçiliklərin təşkili və zərurət yarandığı halda, ehtiyat qatarların xəttə buraxılması nəzərdə tutulub.