Xəbər veridiyimiz kimi, bu gün“Həzi Aslanov” metrostansiyası yaxınlığında sərnişin avtobusunda dava düşüb. Məlumata görə, buna səbəb sərxoş kişinin maşında gənc xanımlara sataşması olub.

Minval.info mələsə ilə bağlı Bakı Nəqliyyat Agentliyindən münasibət öyrənməyə çalışdı. Qurumun Mətbuat Xidmətinin rəhbəri Mais Ağayev sözügədən hadisədən xəbərsiz olduğunu bildirdi. O əlavə etdi ki, həmin video ilə tanış olub məlumat verəcək.

Qısa müddətdən sonra Mais Ağayev redaksiyamızla əlaqə saxlayaq məsələ ilə bağlı fikirlərini bildirdi.

Qurum sözçüsü qeyd etdi ki, bu cür halların olmaması üçün Bakı Nəqliyyat Agentliyi mütəmadi olaraq maarifləndirmə işləri aparılır.

“Maarifləndirmə işləri çərçivəsində müxtəlif çap materialları, kitabçalar hazırlanaraq əhali arasında paylanılıb. Müxtəlif şüarlar altında aksiyalar keçirilib. Bu yaxınlarda Sevgi Məsuliyyətdir devizi altında aksiyaya başlamışıq. Bu aksiya çərçivəsində hazırlanan posterlər sərasında sərnişinlərin etik davranış qaydalarına aiddir” – mətbuat xidmətinin rəhbəri əlavə etdi.

Qeyd edək ki, Bakı Metropolitenində sərxoş sərinişinlərin metrodan istifadəsi qadağandır.

Əcəmi Əsədulla