Bu gün idmançılarımız Bakıda keçirilən XV Avropa Gənclərinin Olimpiya Festivalı (EYOF) çərçivəsində güləş yarışına uğurla başlayıblar.

İlk yarış günündə həm sərbəst, həm də yunan-Roma güləşi üzrə 45 və 55 kq çəki dərəcələrində mübarizə gedir.

Minval.info xəbər verir ki, təmsilçimiz Murad Haqverdiyev A qrupunda keçirdiyi ilk görüşdə Rusiya güləşçisi Eldar Asakayevə “tuşe” ilə qalib gəlib. İkinci görüşündə də inamlı təsir bağışlayan idmançımız belaruslu rəqibinə aman verməyib – 12:1.

Əbülfəz Nəsirov da britaniyalı həmkarı Harvey Ridinqsi “tuşe” ilə üstələyib – cəmi 30 saniyəyə.

Komanda yoldaşından geri qalmayan Fərid Sadıxlı isə ilk hissədə İtaliya idmançısı Andrea Martinonu məğlub edərək 1/4 finala yüksəlib.

Nihat Məmmədli də ilk görüşdən tam üstünlüklə ayrılaraq adını 1/4 finala yazdırıb.

 

Sərbəst güləş

 

45 kq

A qrupu

1-ci tur – Murad Haqverdiyev – Eldar Asakayev (Rusiya) 6:0 (tuşe)

2-ci tur – Murad Haqverdiyev – Mikita Berazun (Belarus) 12:1

 

55 kq

1/8 final – Əbülfəz Nəsirov – Harvey Ridinqs (Böyük Britaniya) 4:0 (tuşe)

1/4 final – Əbülfəz Nəsirov

 

Yunan-Roma güləşi

 

45 kq

Təsnifat – Fərid Sadıxlı – Andrea Martino (İtaliya) 9:0

1/4 final – Fərid Sadıxlı

 

55 kq

1/8 final – Nihat Məmmədli – Olivye Şkripçak (Polşa) 11:0