Bakının Xəzər rayonunda dənizdə iki nəfər batıb.

FHN-dən “minval.info”ya verilən məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə dənizdə nəzarətsiz ərazidə 2 nəfərin batması barədə məlumat daxil olub.

Xilasetmə qüvvələri 1997-ci il təvəllüdlü Mahmudova Gülnar Əvəz qızı və Əliyev Əliağa Əvəz oğlunun cəsədlərini taparaq sudan çıxarıb və aidiyyatı üzrə təhvil veriblər.

Hadisə ilə bağlı araşdırma aparılır.

Batan şəxslərin bacı-qardaş olduğu bildirilir.