“Bəziləri deyir ki, Azərbaycanın media siyasəti iflasa uğrayıb. Ancaq iflasa uğrayan xaricdən bəzi media mənsublarına milyonlarla qrant verən dairələrin siyasəti iflasa uğrayıb”.

Minval.İnfo bizimyol-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib. O, bildirib ki, qrant alanlar bu gün Avropa şəhərlərində nonTAP aksiyası keçirir.

Prezidentin köməkçisi bu adamların öz ölkəsinə xəyanəti kimi qiymətləndirib. Əli Həsənov deyib ki, media siyasətinin iflasa uğramasını deyənlər böyük qəbahət edirlər: “Çap mediasına dəstəyimizi tənqid edənlər anlamırlar ki, hər dövlət öz mediasına dəstək verir. Salnamə mediasını qoruyub saxlamaq vacibdir və buna görə Prezident İlham Əliyevə minnətdarıq”

Minval.İnfo