dj tural ile ilgili görsel sonucu“Avtostop” verilişinin aparıcısı dj Tural Yusifov birmənalı qəbul edilməyəcək çıxışı ilə diqqət çəkib.

Minval.info xəbər verir ki, aparıcı radio proqramda ona verilən sual əsasında əvvəlcə siqaret çəkənləri sərt tənqid edib. Ardınca cərimə edən sürücülərin islahından söhbət açarkən “zopa mexanizmi”ndən danışıb.

“Təsəvvür edin, siz siqaret çəkən deyilsiniz, maşınıza otururlar və deyirlər ki, “olar siqaret çəkim?”, hə, buyur. O da tüstülədi, bütün tüstü ağciyərinizdədir. Bununla siz xəstələnəcəksiniz, ömrünüz qısa olacaq, külqabı iyi verəcəksiniz. Tam səmimi demək lazımdır. Siqaret çəkənlərdən külqabı qoxusu gəlir. Bu, sənin xoşuna gəlirsə, götür külqabını, tut burnuna, nə qədər istəyirsən iylə”, – dj bildirib.

Daha sonra T.Yusifov Rusiyada sürücülər arasında aparılan sorğudan danışıb. Belə ki, onların nədən çəkinərək qayda pazmadıqları barədə fikirləri arasında fiziki gücə məruz qalmaq qorxusu da yer alıb:

“Məsələn, qarşı yola, səkiyə çıxdın yolu kəsdin, elə sürücü ilə rastlaşırsan ki, ona heç nə edə bilmirsən. Yəni fiziki cüssəli bir insandır, beysbol bitasını götürüb sənin maşınının güzgülərini və qabaq işıqlarını sındırır. Bir çox sürücülərdə başqa sürücülər tərəfindən döyülmək qorxusu olduğundan qayda pozmaqdan çəkinir. Mən demirəm, küçədə gedib kimisə döyün, dalaşın, fiziki qüvvədən istifadə edin. Amma bəzən insanlar heç nə anlamırlar, yalnız onlara zopa lazım olur. Belələri islah üçün mütləq zopalanma prosesindən keçməlidir. Məslələn, Səudiyyə Ərəbistanında içkili sürücüləri hamının gözü qarşısında şallaqlayırlar”.