“Facebook” sosial şəbəkəsində Azərbaycanın bir sıra KİV-in baş redaktorlarının, jurnalistlərinin səhifələri kütləvi şəkildə blok edilib.

Minval.İnfo xəbər verir ki, bloklanmanın səbəbi hələ ki, məlum deyil. Lakin sosial şəbəkə istifadəçilərinin 30 günlük ban edilməsinin siyahısı hər ay artır.

Belə ki, Oxu.az-ın baş redaktoru Elvin Şirinlinin, Haqqin.az-ın redaktoru Eynulla Fətullayevin, Armiya.az-ın baş redaktoru Bəhram Batıyev, jurnalistlər Kənan Quluzadə, Şahin Rzayev və başqalarının sosial şəbəkədi səhifələri bloklanıb.

Bloklanmanın müxtəlif səbəbləri ola bilər. Məsələn, bu profillərdən edilən paylaşımların spam kimi qəbul edilməsi, çoxsaylı şikayətlərin olunması, “facebook”-dan kənar tətbiqedicilərdən istifadə və s. Nəzərə alsaq ki, media nümayəndələri daha çox xəbər linkləri paylaşırlar və onlara reaksiyalar fərqli olur, deməli səbəbi də təxmin etmək çətin deyil. Həm də bloklanma da sırf paylaşımla bağlıdır.

Minval.İnfo