Bərdə rayonunda 78 yaşlı qadın intihar edib. Hadisə rayonun Gərənə kəndi ərazisində yerləşən məcburi köçkün şəhərciyində baş verib.

Minval.info report-a istinadən xəbər verir ki, Xocalı rayonundan olan məcburi köçkün, 1940-cı il təvəllüdlü Məmləkət Fərman qızı Ramazanova özünü yaşadığı binanın 5-ci mərtəbəsindən ataraq intihar edib.

Qadının nevroloji xəstəlikdən əziyyət çəkdiyi bildirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

 

Minval.info