Əməkdar artistlər Bəhram Bağırzadə və Tahir İmanov hazırladıqları yeni video çarxda məmurları hədəfə alıb.

Minval.info xəbər verir ki, Bəhram Bağırzadənin “Instagram”da yerləşdirdiyi videoda Tahir İmanov vəzifədə olan məmur obrazını canlandırıb.

“27 il, 8 ay, 25 gün, 4 saat vəzifədə işləmişəm. Nə az, nə çox. Dünyanın heç bir yerində belə şey olmayıb. Heç nədən məni bayıra tulladılar. Niyə? 32 milyon oğurlamışam. 32 milyon nədir ki? Camaat 70-100 milyon oğurlayır. Camaat var oğurlayır, oğurlayır, oğurlayır. Mən cəmi 32 milyon oğurladım. Özü də dollarla, ağlına başqa şey gəlməsin” deyə Tahir İmanov bildirib.

Həmin görüntüləri təqdim edirik:

Paşa Sadıqlı

Minval.info