“Biz Ucar rayonunun Qazyan kəndində Zərbəçi və Bilağani deyilən yaşayış ərazisinin sakinləriyik. Yaşadığımız ünvanın nə yolu, nə də ki, istifadə etməyə suyu yoxdur. Buna görə 95 ailə və 300 nəfərdən çox insan əziyyət çəkir”.

Bu barədə bir qrup kənd sakinin adından minval.info-nun redaksiyasına şikayət məktubu göndərilib.

Onların sözlərinə görə, Zərbəçi və Bilağani deyilən yaşayış ərazinin yolunun ümumi uzunluğu 3 km-dir. Axırıncı dəfə həmin yol Sovetlər dönəmində 1987-ci il tarixdə təmir edilib:

“Hazırda həmin yol tamamilə dağılıb, yararsız vəziyyətə düşüb. Azyaşlılar məktəbə gedə bilmir, qoca, xəstə insanlar əziyyət çəkirlər. Ucar rayonunun Qazyan ərazisində bir neçə yaşayış massivinin yolunun təmiri başlayıb. Biz istəyirik ki, kəndin Zərbəçi və Bilağanı adlanan ünvanda da təmir işləri aparılsın”.

Sakinlərin sözlərinə görə, həmçinin sözügedən əraziyə içməli və əkin suyu verilmir: “Buna görə təsərrüfatımız məhv olub. İnsanlar içməli suya görə əziyyət çəkirlər. Bu barədə Ucar rayon Suvarma Sistemləri İdarəsinə etdiyimiz şikayət yerində araşdırılsa da heç bir tədbir görmədilər. Baxmayaraq ki, əkinimizi sulamaq üçün böyük bir çay bizim yaşadığımız ərazinin yaxınlığından keçir. Eyni zamanda artezian su boruları bizim ünvana qədər çəkilib”.

Onlar qeyd edirlər ki, problemin aradan qaldırılması üçün böyük xərcə ehtiyac yoxdur. Amma məsul vəzifəli şəxslər bu işləri görmək istəmirlər: “Qazyan bələdiyyəsi nə də ki, kənd icra nümayəndəliyi bu ciddi problemlərimizin aradan qaldırılması üçün heç bir tədbir görmək istəmirlər, müvafiq aidiyatı orqanların qarşısında məsələ qaldımaq istəmirlər. İnsanların məskunlaşdığı hər bir yaşayış yerinə ilk olaraq yol və su çəkilməlidir. Bunlar olmayanda həmin yeri yaşayış ərazisi adlandırmaq çətindir. Hansı ki, bunların hər ikisi biz 95 ailənin yaşadığı Ucar rayonunun Qazyan kəndində yerləşən Zərbəçi və Bilağanı deyilən ərazisində yoxdur. Ağaclarımız, əkinlərimiz tamamilə quruyub məhv olub. Bizim yaşayışımızı gəlib gözləri ilə görənlər dəhşətə gəlirlər. Müasir dövrdə belə yaşayış massivinin olması biabırçılıq və qəbul edilməzdir”.

Sakinlər müvafiq qurumlardan sözügedən problemin ətraflı araşdırılmasını və tezliklə aradan qaldırılmasını istəyir.

Qeyd edək ki, kənd əhalisindən 78 nəfər imzası məktubda yer alıb.

1) Həsənov Şahin Əliheydər oğlu

2) Həsənova Ziyafət Xeyrulla qızı

3) Nəcəfov Ağabala Məmməd oğlu

4) Nəcəfova Jalə Əlağa qızı

5) Məmmədov Aydın Əlisaab oğlu

6) Məmmədova Gülnarə Sabir qızı

7) Həsənova Sevinc Hümməd qızı

8) Həsənov Oktay Əliheydər Qızı

9) Həsənov Eldar Əlheydar oğlu

10) Həsənova Zeynəb Həsən qızı

11) Bağırova Aytən Azad qızı

12) Vəliyeva Əlkinaz Həsən qızı

13) Vəliyev Ağası Ağacəf oğlu

14) Məmmədova Safurə Gülü qızı

15) Əliyev Nicat Musa oğlu

16) Vəliyev Kamil Ağasəf oğlu

17) Əsgərov Teymur Ələkbər oğlu

18) Ağayev İsa Muxtar oğlu

19) Mirağayev Mirağa Miryusif

20) Bağırov Bilal İbrahimxəlil oğlu

21) Bağırov Nəsrulla İbrahimxəlil oğlu

22) Bağırov Nəsrullah İbrahimxəlil oğlu

23) Bağırov Famil Heydər oğlu

24) Paşayev Cəlil İsgəndər oğlu

25) Paşayev Xəlil Cəlal oğlu

26) Paşayev Cəlal Əsəd oğlu

27) Abbasov Məsim Abbasqulu oğlu

28) Əliyev Mahmud Məmməd oğlu

29) Seyidov Sahib Əlisa oğlu

30) Abdullayev Fərhad Ağasəf oğlu

31) Abdullayev Elgün Əliyar oğlu

32) Abdullayev Elxan Abdul oğlu

33) Abdullayev Yusif Abdul oğlu

34) Əhmədova Zülfiyyə Cəmaləddin qızı

35) Abdullayev Mamed Abdul oğlu

36) Həsənov Adil Şahmar oglu

37) Qasımov Həsən Ağasəf oğlu

38) Abdullayev Tural M.oğlu

39) Mehdiyev Salik Damət oğlu

40) Mehdiyev Müşviq Damət oğlu

41) Mehdiyeva Fənzilə Həsənqulu qızı

42) Mehdiyeva Xədicə Fəzail qızı

43) Əzizov Elnur Əlkiram oğlu

44) Mehdiyev Mirkazım Mirsəməd oğlu

45) Hüseynov Abbas Ağakərim oğlu

46) Əliyev Hüseyn Alı oğlu

47) Əliyeva Güllü Hüseyn qızı

48) Əliyev Əkbər Hüseyn oğlu

49) Huseynov Adil Əlibala oğlu

50) Hüseynova Almarə Tapdıq qızı

51) Əliyev Sadiq Hüseyn oğlu

52) Həsənov Rəşad Eldar oğlu

53) Quluyev Əli Qasım oğlu

54) Quluyev Şahin Əli oğlu

55) Quluyev Çingiz Qasım oğlu

56) Quluyev Şəhriyar Çingiz oğlu

57) Rəhimov Arif Əhməd oğlu

58) Rəhimov Lətif Rəhim oğlu

59) Quluyev Kamil Davud oğlu

60) Quluzadə Dəyanət Kamil oğlu

61) Quluyev Sənan Şirxan oğlu

62) Şirxan Quluyev Soltan oğlu

63) Vahidov Vahid Məhəmmədəli oğlu

64) Vahidov Taleh Vahid oğlu

65) Qasımov İntiqam Alıqasım oğlu

66) İsmayılova Solmaz İsmayıl qızı

67) Əhmədov İlqar Surxay oğlu

68) Qasımov Elçin Qasım oğlu

69) Məmmədov Əlhuseyn Məhiyəddin oğlu

70) Qasımov Teymur Əlikram oğlu

71) Qasımov Pərviz Alı oğlu

72) Vahidov Vahid Məmmədəli oğlu

73) Cəfərov Sarı Qəfər oğlu

74) Cəfərov Sarıyel Qəfər oğlu

75) Məlikov Mehman Xuduyar oğlu

76) Məlikov Anar Mehman oğlu

77) Məlikov Vüqar Mehman oğlu

78) Əhmədov Ehtiram Əhməd oğlu