Biləsuvar rayonunda intihar hadisəsi baş verib.

“Report”un məlumatına görə, rayonun Ağalıkənd kəndində 2002-ci il təvəllüdlü yerli sakin Məmmədova Səkinə Nəsimi qızı özünü tövlədə asaraq intihar edib.

Məlumata görə, S.Məmmədova nişanlı olub.

İddiaya görə, yeniyetmə ailəsinin təzyiqi altında nişanlanıb və məhz bu səbəbdən o, özünə qəsd edib. Lakin bu barədə rəsmi açıqlama verilməyib. S.Məmmədovanın özünü öldürməsinin konkret səbəbləri haqqında məlumat yoxdur.

Faktla bağlı araşdırma aparılır.

Minval.info