Müğənni Albina Pyakşova “Tək sən” adlı klipi ilə gündəmə gəlib.

Minval.info xəbər verir ki, buna ekran işində iki qadının bir-birinə olan sevgi hisslərinin yer alması səbəb olub.

Klipdə Albinanın həmcinsi ilə öpüşdüyü səhnələr də yer alıb.

Ekran əsərinin rejissoru Muxtar Həsənovski və Emil Həşimidir.

Qeyd edək ki, Albina “Səs Azərbaycan” layihəsi ilə məşhurlaşıb.