Geyimləri, həddən artıq açıq-saçıq fotoları və videoları ilə tanınmağa çalışan modellərin sayı hər gün artır.

Minval.info xəbər verir ki, onlardan biri də Nanə Xəlilovadır. “İnstagram”da paylaşdığı fotolarla vücudunu nümayiş etdirən model, yeni videosu ilə yenə oxşar addım atıb.

Hərəkətdə olan avtomobildə çəkdiyi videoda modelin üzündən daha çox sinəsini və ayaqlarını göstərməsi izləyicilərin də diqqətindən qaçmayıb.

Onlar modeli sərt tənqid ediblər. Yazılan şərhlər arasında, “Sinənin reklamını edirsən, bu videoda özünü yox bədənini nümayiş etdirirsən, məqsədin hiss olunur” çoxluq təşkil edib.

Minval.info