Astanada Azərbaycanın futbol üzrə milli komandası Qazaxıstan yığması ilə üz-üzə gəlib.

Oxu.Az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri matçda ev sahiblərinə 3:0 hesabı ilə məğlub olub.

Hesab oyunun 12-ci dəqiqəsində açılıb. Qapımıza təyin olunan cərimə zərbəsi zamanı Roman Murtazayev hamını qabaqlayaraq topu baş zərbəsi ilə uzaq küncə göndərib.

İki dəqiqədən sonra Serikjan Mujikov müdafiəçilərimizin kobud səhvindən istifadə edərək ikinci topu qapımızdan keçirib. 89-cu dəqiqədə meydana yeni çıxmış Baurjan Turusbek hesabı 3:0-a çatdırıb.