Hazırda futbol üzrə Azərbaycanın Həvəskarlar Liqasında mübarizə aparan “Azenu” gənc futbolçuları komandası seleksiya xarakterli məşqlərə dəvət edir.

Minval.info xəbər verir ki, sözügedən komanda növbəti mövsümdən Regionlar Liqasında mübarizə aparmağı qarşısına hədəf qoyub. Artıq AFFA ilə də razılıq əldə olunub.

Klubun məşq üçün stadionu, hər bir şəraiti var. Komandanın sıralarına cəlb olunmaq istəyənlər klubun “Facebook” sosial şəbəkəsindəki səhifəsi (https://www.facebook.com/AZENUAFC/) ilə əlaqə saxlaya bilərlər.

Sən də özündə futbolçu istedadı hiss edirsənsə, seçimlərə qatıl. Qələbələrə “Azenu” ilə addımla!