Gənc müğənni Fərhad Əkbər yeni mahnısını təqdim edib.

Minval.info xəbər verir ki, “Sevgi mənəm” adlı mahnısının sözləri reper “Ruhsuz”a, musiqisi farslara aiddir. Mahnını Nail Yusifov aranjeman edib.

“Əslində romantik ab-havaya uyğun olduğu üçün mahnını payızda təqdim etmək istəyirdik. Sonra düşündük ki, yaxşı mahnı hər fəsildə sevilir. Ayrılıq və həsrətdən bəhs edən bəstəni mənə ilk təqdim edəndə çox bəyəndim. İnanıram ki, dinləyicilərin də qəlbinə yol tapacaq”-, deyə ifaçı bildirib.

Qeyd edək ki, Fərhad Əkbər Azərbaycan tamaşaçısına “Azəristar”dan tanışdır. Daha sonra əsgərlərlə birlikdə ifa etdiyi, Xumar Qədimovanın “Gülüm mənim” mahnısı ilə rekorda imza atıb.