Axtarışda olan 17 yaşlı qızın meyiti tapıldı

Almaniyada azərbaycanlıların qaldığı yataqxanada axtarışda olan qızın meyiti tapılıb.AzEuroNews.comxəbər verir ki, hadisə Şimali Reyn Vestfaliya əyalətinin Sankt Augustin şəhərində yerləşəyən bir yataqxanada qeydə alınıb. 

Belə ki, hələlik milliyəti açıqlanmayan 17 yaşlı qızın valideynləri bir neçə gün əvvəl qızlarının yoxa çıxması ilə bağlı polisə məlumat veriblər. 

Bundan sonra təxminən 150 nəfərdən ibarət polis qrupu gənc qızın axtarışına başlayıb. Polis axtarışlarda helikopter, istilik kamerlarından istifadə edib. Yaxınlıqdakı göldə dalğıclar vasitəsi ilə axtarışlar aparılıb. Dəmiryolu ilə paralel meşədə xüsusi itlər vasitəsi ilə aparılan axtarışlar da bir nəticə verməyib. 

Ancaq dünən axşam gənc qızın meyiti azərbaycanlıların da qaldığ Sankt Augustin şəhərindəki qaçqın yataqxanasında tapılıb. Axşam saatlarında sözügedən yataqxanada axtarış aparan polis əməkdaşları gənc qızın meyitini tapıblar.

Hadisə ilə bağlı bir nəfər həbs edilib. Polis hələlik həbs edilən şəxsin kimliyi barədə də məlumat vermir. 

Hadisə yerinə şəhərin bələdiyyə sədri Kalus Şumaher də gəlib.