Almaniyada tikinti şirkətlərinin yoxlanması davam edir. AzEuroNews.com xəbər verir ki, növbəti yoxlamalardan biri Koblenz şəhərində keçirilib. Tikintilərdə yoxlamalar zamanı qanunsuz olaraq işçi çalışdırıldığı ilə bağlı xeyli fakt toplanaraq Koblenz Şəhər Prokurorluğuna təqdim edilib. 

Şəhər prokurorluğu 13 tikinti şirkəti haqqında qanunsuz işçi çalışdırdıqlarına görə araşdırmalara başlayıb.

Araşdırmalar zaman 6 şirkət rəhbəri həbs edilib. Onlar aralarında azərbaycanlıların da olduğu işçiləri Polşadan Almaniyaya gətirərək çalışdırıb və vergidən yayınıblar.

Məlum olub ki, tikinti şirkətlərində qaçaq olaraq çalışanların çoxu Azərbaycan kimi keçmiş Sovet respublikalarından və Qərbi Avropa ölkələrindən gələnlərdir. 

Onlar Polşaya iş vizası ilə gəldikdən sonra Almaniyaya keçərək burada tikinti şirkətlərində işə düzəliblər.

Koblenz Şəhər Prokurorluğunun  məlumatına görə, barəsində araşdırma aparılan şirkətlər qanunsuz işçi çalışdırmaqla 10 milyon avrodan çox qazanc əldə ediblər. 

Məlumat üçün qeyd edək ki, Almaniyanın bir çox əyalətində qanunsuz işçi çalışdıran obyektlərə qarşı yoxlamalar davam edir.