Litvanın Kaunas şəhərində ABŞ əsgəri və Azərbaycan vətəndaşları arasənda qarşıdurma olub.

Minval.İnfo Yenicag.az-a istinadən xəbər verir ki, hərbi təlim üçün Litvaya gəlmiş ABŞ əsgəri və azərbaycanlılar arasında gecə saatlarında mübahisə yaranıb.

Hadisə zamanı azərbaycanlılardan biri əsgərə yumruq ataraq ona xəsarət yetirib.

Faktla bağlı Azərbaycan vətəndaşları saxlanılıb. Mübahisənin nə üstündə yarandığı barədə isə açıqlama verilməyib.