İyunun 19-24-dı Yunanıstanın Rodos adasında Yeniyetmələrin 22-ci Balkan Riyaziyyat olimpiadası (JBMO) keçirilib.

Azərbaycandan qatılan şagirdlər 3 gümüş və 3 bürünc medal qazanaraq növbəti uğura imza atıblar. Bununla da onlar 100%-lik nəticə göstəriblər. Komanda hesabında 113 bal toplayan şagirdlər 2010-cu ildən bəri ən yaxşı ümumi nəticə nümayiş etdiriblər.

Budəfəki olimpiadada riyaziyyat fənni üzrə ilk dəfə qız şagird – Fidan Babayeva medal qazanıb.

Abutalıb Namazov ( Fizika Riyaziyyat İnformatika Təmayüllü Lisey -FRİTL) – GÜMÜŞ medal
Fərid İsmayılov (FRİTL) – GÜMÜŞ medal
Murad Ağayev (İstək l) -GÜMÜŞ medal
Fidan Babayeva (FRİTL) – BÜRÜNC medal
Rəşad Musayev ( FRİTL) -BÜRÜNC medal
Yusif Qasımov ( 220 n.t.o.m) — BÜRÜNC medal