Bakıda “Bir günlük əks cinslə yer dəyişsəydiniz, kim olmaq istərdiz” sualı ilə sakinlər arasında sorğu keçirilib.

Respondentlərdən olan gənc xanım cavabı ilə minlərlə insanın ürəyini fəth edib.

Belə ki,  “Ürəyimdən keçən bir şeydir, həqiqətən. Bir günlük oğlan olsaydım, Mübariz İbrahimov olmaq istəyərdim”, – deyən xanım kövrəlib. Onun sözləri eyni zamanda, aparıcını da duyğulandırıb.

Xanımın cavabını əks etdirən video Türkiyə səhifələrində də paylaşılıb. Qardaş ölkənin vətəndaşları da gənc qadını alqışlayıblar. Onların əksəriyyəti həmçinin duyğulandıqlarını qeyd ediblər.

Minval.info