Türkiyənin Konya şəhərində 50 yaşlı Azərbaycan əsilli Saibə Yüksəlir adlı qadının 4 il birlikdə yaşadığı ailəli sevgilisi, 46 yaşlı Rahim A. tərəfindən öldürülməsi barədə xəbər vermişdik.

Hadisə ilə bağlı yeni xoşagəlməz məlumatlar ortaya çıxıb. Belə ki, Rahimin 8 güllə ilə öldürdüyü sevgilisinin qızına hadisədən 1 gecə öncə təcavüz etdiyi iddia edilir. Onu da qeyd edək ki, hadisəni törədən şəxs 2001-ci ildə də 2 nəfəri öldürərək, 12 il müddətinə həbs cəzası alıb.

Azərbaycanlı qadının 14 yaşlı qızı anası öldürülmədən bir neçə saat əvvəl təkbaşına polisə gedərək Rahimin ona təcavüz etməsi barədə şikayət edib. Bu barədə məlumatı polis də təsdiqləyib. Məsələ ilə bağlı uşağın anası polis bölməsinə çağırılıb. Daha sonra şikayət ərizəsini yazdıqdan sonra ana 14 yaşlı qızını da götürərək, polis bölməsini tərk edib.

5b59b347ae298b08f4972fc4.jpg (31 KB)

Öldürülən azərbaycanlı qadın polis bölməsindən çıxan kimi sevgilisinin iş yerinə gəlib və onlar maşında mübahisə etməyə başlayıblar.

Daha sonra Rahim A. tapanca ilə 8 dəfə atəş açaraq sevgilisini qətlə yetirib. Rahim A. atəş açdıqdan dərhal sonra hadisə yerindən qaçıb.

Saibə Yüksəlir hadisə baş verən anda oraya gələn polislərə onu Rahimin vurduğunu deyib. Onun huşu təcili yardım gələnə kimi yerində olub.

Saibə Yüksəlir polislərə hadisənin borc pul üstündə olduğunu da deyib. Saibə Yüksəlir təcili xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

5b59b357ae298b08fa821294.jpg (38 KB)

Qeyd edək ki, hadisə iyulun 24-də səhər saatlarında Karatay rayonunun Fevzi Çakmak məhəlləsində baş verib.

Rahimin tapılması üçün əməliyyat hələ də davam edir.(musavat.com)

Minval.info

sevgilisini-oldurmeden-once-bakin-ne-yapmis-Hpo.jpg (58 KB)