Türkiyənin Denizli şəhərində azərbaycanlı qadın döyülərək öldürülüb.

Minval.İnfo xəbər verir ki, 33 yaşlı Türkay İsayeva adlı qadın səhər saatlarda evində ölü tapılıb.

Qonşuların sözlərinə görə, qadının yaşadığı evdə səs-küy olub və bundan sonra hadisə yerinə polis gəlib. Polis əməkdaşları qadının mənzildə hərəkətsiz vəziyyətdə tapıblar. Hadisə yerinə gələn həkimlər qadının döyülərək öldürüldüyünü bildiriblər.

Ölən qadının meyiti tibbi ekspertiza üçün Pamukkale Universiteti Xəstəxanasına aparılıb. Qadının kim tərəfindən və hansı şəraitdə döyüldüyü istintaqın nəticəsindən sonra aydınlaşacaq. Məlum olan budur ki, o, evində bir neçə şəxslə yüksək səslə mübahisə edirmiş. Dünyasını dəyişən qadının 7 yaşlı bir oğlan və bir yaşına çatmamış qız uşağı var.

Minval.İnfo