Sankt-Peterburqda Aleksandr Nevski körpüsünün üstündə iki sürücü arasında döyülmə ilə müşayiət olunan münaqişə baş verib.

Oxu.az xəbər verir ki, insident avqustun 13-də, saat 13:00 radələrində baş verib.

Bildirilir ki, “Şevrolet Lanos” avtomobilinin 32 yaşlı sürücüsü ilə VAZ-2109 avtomobilinin sahibi olan azərbaycanlı arasında münaqişə baş verib. “09”-un sürücüsü söhbət etmədən dərhal maşındakı dəyənəklə “Şevrolet Lanos” avtomobilinin sürücüsünün başına zərbə endirib.

Körpüdəki kamera qeydlərinə əsasən müəyyən edilib ki, hadisəni törədən 22 yaşlı Azərbaycan vətəndaşıdır. Hazırda onun saxlanılması istiqmətində əməliyyat tədbirləri həyata keçirilir.

“Şevrolet Lanos” avtomobilinin sürücüsü isə aldığı xəsarətlərə görə xəstəxanaya yerləşdirilib.