Azərbaycanın Kənd Təsərrüfatı naziri İnam Kərimov müsahibə verib.

Minval.İnfo xəbər verir ki, nazir müsahibəni Quba rayonunda, 1650 metr hündürlükdə tanınmış jurnalist Mir Şahin Ağayevə verib.

Nazir müsahibəsində kənd təsərrüfatının bugünkü vəziyyətini şərh edib. İnam Kərimov bildirib ki, beynəlxalq təcrübəyə əsaslanmaqla, aqrar sektorun dövlət tərəfindən dəstəklənməsində şəffaflığı və hesabatlılığı təmin etmək üçün “elektron kənd təsərrüfatı” informasiya sistemi yaradılıb.

Nazir “elektron kənd təsərrüfatı” informasiya sisteminin yaradılması layihəsi üzrə yerinə yertirilmiş işlər, aqrar sektorun müasirləşdirməsi və digər qarşıya qoyulan vəzifələr, yeni hədəflər barədə danışıb.

Daha ətraflı videomüsahibəni təqdim edirik: